Müharibə veteranları üçün qurulmuş təsərrüfatlara mediatur təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailələri və müharibə veteranları üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfatlara növbəti mediatur təşkil edib. 

Jurnalistlər bu dəfə proqramın dəstəyi ilə Masallı rayonunda şəhid ailəsi və müharibə veteranları üçün qurulmuş kiçik təsərrüfatlarla tanış olublar.

Onlara tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinin, müharibə veteranlarının sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib.  

Qeyd olunub ki, bu tədbirlər çərçivəsində postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 27,8 min şəxsin məşğulluğu təmin edilib, onlardan 13,3 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb, 13,2 min şəxs isə münasib işlərlə təmin edilib. Məşğulluq tədbirlərinə cəlb olunan şəhid ailələri üzvləri və müharibə iştirakçılarından 1,3 min şəxs üçün isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kursları təşkil olunub.    

Media nümayəndələri əvvəlcə Vətən müharibəsi veteranı Qulamhüseyn Mirzəyevin xidmət sahəsində olublar. O, özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlarla təmin olunaraq kiçik foto atelyesini yaradıb.  

Jurnalistlər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Səməndər İsgəndərovun atası Vahid İsgəndərov və müharibə veteranı Ədalət Məmmədov üçün yaradılmış kiçik təsərrüfatlarla da tanış olublar. Özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin edilərək V.İskəndərov avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, Ə.Məmmədov isə avtotəmizləmə xidmətləri istiqamətləri üzrə öz kiçik biznes sahələrini qurublar.

Proqram iştirakçıları dövlətin dəstəyini hər zaman hiss etdiklərini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, həmçinin öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR