“Biznes üçün sosial-əmək ekosistemi: Naxçıvanda yeni modellər”

Naxçıvanda təşkil olunmuş Gələcəyin Peşələri Sammiti çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə “Biznes üçün sosial-əmək ekosistemi: Naxçıvanda yeni modellər” adlı panel müzakirəsi keçirilib.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev “Aktiv məşğulluq proqramları: region biznesi üçün sürətli kanallar” mövzusunda çıxış edib. O, müasir iqtisadi şəraitdə regionların sosial-iqtisadi inkişafında dayanıqlı məşğulluq siyasətinin də vacib rol oynadığını bildirib. Vurğulayıb ki, əmək bazarının düzgün qurulması, yerli resursların səmərəli istifadəsi, eləcə də sahibkarlarla əməkdaşlığın genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

S.Əliyev Agentliyin icra etdiyi peşə hazırlığı, özünüməşğulluq, işəgötürənlərlə birbaşa əlaqə platformaları, rəqəmsal dəstək xidmətlərinin region biznesi üçün aktiv məşğulluq tədbirlərini “sürətli kanallara” çevirdiyini, bu baxımdan Naxçıvanın xüsusi potensiala malik olduğunu bildirib.

“Sosial sığorta: biznes üçün risklərin idarə olunması və motivasiya” mövzusunda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev son illər Azərbaycanda sosial sığorta sahəsində mühüm islahatların həyata keçirildiyini, vətəndaşların sosial müdafiəsinin gücləndirildiyini diqqətə çatdırıb. O, qanunvericiliyə edilmiş dəyişikliklərin qeyri-dövlət sektorunda fəaliyyət göstərən sığortaedənlərin mənafeləri baxımından önəmini, həmçinin “e-sosial” portalı vasitəsilə sığortaolunanların fərdi hesablarına nəzarət imkanlarının yaradıldığını qeyd edib.

Z.Mirzəyev bu il mayın 1-dən xəstəlik vərəqələrinin elektron formada tərtibinə başlandığını, sığorta-pensiya sistemi və sosial təminat sahəsində prioritet hədəfləri, proaktiv elektron xidmətlərin tətbiqinin əhəmiyyətini vurğulayıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva “Əmək münasibətlərinin tənzimlənməsində rəqəmsal həllər” mövzusunda çıxış edib. O, əmək münasibətlərinin tənzimlənməsi sahəsində yenilikləri, yeni qanunvericilik aktları ilə əmək münasibətləri və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsi işlərini diqqətə çatdırıb.

 

N.Mirzəyeva əmək münasibətləri üzrə vahid rəqəmsal platforma olan “Əmək və Məşğulluq” altsisteminin önəmini, həmçinin proaktiv nəzarət və elektron audit tədbirlərini qeyd edib. İşəgötürənlərə münasibətdə tətbiq olunan risk modeli, habelə əmək qanunvericiliyi sahəsində hüquq pozuntuların qarşısının öncədən alınması və əməyin mühafizəsinin təmin edilməsi məqsədilə tətbiq olunan elektron həllər və müasir yanaşmalar barədə məlumat verib.

 

Panel müzakirəsi zamanı ixtisaslı kadr çatışmazlığının aradan qaldırılması, sosial sığorta ödənişləri və fərdi hesabların tənzimlənməsi, işdən çıxan işçilərin son haqq-hesabının ödənilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1

1

1

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR