
Reklam
31 Oktyabr 2025, 10:18
176
Polis əməkdaşları tərəfindən təhsil müəssisələrində maarifləndirmə
Antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə polis əməkdaşları tərəfindən təhsil müəssisələrində aparılan maarifləndirmə işləri davam etdirilir. Növbəti tədbir Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 7 saylı tam orta məktəbdə keçirilib.
ŞPŞ-nin rəisi polis polkovniki Ədalət Əliyev çıxışında narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edərək onun zərərləri barədə şagirdlərə ətraflı məlumat verib, “ağ ölüm”ə qarşı aparılan mübarizə tədbirlərini diqqətə çatdırıb.
Sonda narkomanlığın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





