ADRA-da ərazi reklam idarələrinin 3-cü rüb hesabat iclası keçirilib

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) idarə heyətinin sədri Fərhad Adıgözəlovun rəhbərliyi ilə ərazi reklam idarələrinin cari ilin 3-cü rübünə dair hesabat iclası keçirilib.Toplantıda Agentliyin Aparatının struktur bölmələrinin rəhbərləri və ərazi reklam idarələrinin rəisləri iştirak ediblər. İclasda 2025-ci ilin iyul–sentyabr ayları üzrə görülən işlər, açıq məkanda reklam daşıyıcılarının qeydiyyatı və idarə olunması, qanunvericiliyin tələblərinə cavab verməyən reklam konstruksiyalarının aradan qaldırılması, habelə reklam mühitinin estetik keyfiyyətinin qorunması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub.

Fərhad Adıgözəlov çıxışında vurğulayıb ki, ADRA-nın əsas məqsədlərindən biri də açıq məkandakı reklam fəaliyyətində beynəlxalq standartlara uyğun idarəetməni təmin etmək, mühitin estetik görünüşünü və vizual nizamını qorumaqdır. O, həmçinin regional idarələrin fəaliyyətinin təkmilləşdirilməsi, yerli sahibkarlarla əməkdaşlığın gücləndirilməsi və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində yeni tapşırıqlar verib. İclasın sonunda qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib və regionlar üzrə fəaliyyətin effektivliyinin artırılması məqsədilə konkret tədbirlər planı təsdiqlənib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR