Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu imzalanıb

Türkiyə Sığorta və Özəl Pensiyaları Tənzimləmə və Nəzarət Agentliyinin (SÖPTNA) sədri Davut Menteşin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərkəzi Banka səfəri baş tutub.

Mərkəzi Bankın sədri Taleh Kazımov SÖPTNA nümayəndə heyətini qəbul edib. Görüşdə qurumlar arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub və tərəfdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin sığorta sektorlarının inkişaf dinamikası, rəqəmsallaşma trendləri və gələcək perspektivləri müzakirə olunub.

Görüşün sonunda Mərkəzi Bank ilə SÖPTNA arasında sığorta sektorunda qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi iki qurum arasında sığorta sektorunda tənzimləmə və nəzarət sahəsində əməkdaşlıq və məlumat mübadiləsi, eyni zamanda texniki yardım üçün hüquqi çərçivənin formalaşdırmasından ibarətdir. Memorandum sığorta və təkrarsığorta bazarlarının bütövlüyünü və səmərəliliyini artırmaq, eləcə də bazara nəzarət funksiyalarının həyata keçirilməsində qarşılıqlı məsləhətləşmələrin aparılmasına xidmət edəcək.

Eyni zamanda, hər iki ölkənin sığorta bazarı üçün normativ hüquqi bazanın inkişafına dəstək məqsədilə təlim və texniki yardım ehtiyaclarının təmin edilməsi diqqətdə saxlanılacaq. Bu məqsədlə tərəflər arasında sığorta bazarının inkişafı istiqamətində təlim proqramları, seminarlar, internatura və texniki yardım layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanmış Memorandum qardaş ölkələrin maliyyə sistemləri arasında inteqrasiyanın dərinləşdirilməsinə, o cümlədən regional səviyyədə sığorta sektorunun dayanıqlı inkişafına mühüm töhfə verəcək.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR