ADU-da əməyin mühafizəsi mövzusunda maarifləndirici təlim keçirilib

Əməyin mühafizəsinə dair növbəti təlim Azərbaycan Dillər Universitetində təşkil olunub.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən keçirilən tədbirdə Universitetin tələbə heyətindən ibarət təxminən 40 nəfər iştirak edib.
 
Maarifləndirici təlimdə əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydalarına riayət olunmasının əhəmiyyəti, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bununla yanaşı, gənclər arasında əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması, təhlükəsiz əmək mühitinin yaradılması və hüquqi biliklərin artırılması ilə bağlı mövzular müzakirə olunub.
 
Tədbir interaktiv müzakirələrlə davam edib və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
 
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təşkil olunan təlimlər təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədinə xidmət edir.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR