"Zəfər naminə həmrəylik" adlı görüş keçirilib

Neftçala Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Neftçala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılıqları ilə 8 Noyabr- “Zəfər Günü”nün 5-ci  ildönümü münasibəti ilə Neftçala rayon Mərkəzi Kitabxanasında  "Zəfər naminə həmrəylik"  mövzusunda görüş təşkil olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin  məsul şəxsləri, Rayon Ağsaqqallar Şurasının üzvləri, şəhid ailə üzvləri, ağsaqqallar, ziyalılar və mədəniyyət işçiləri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər-  Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev, şəhid Rövşən Ağamalıyevin atası Baloğlan Ağamalıyev, “Neftçala-Gündoğar” MMC-nin direktoru, qəzetin redaktoru Bədirə Niftalıyeva, Mərkəzi Kitabxananın şöbə müdiri Fərqanə Məmmədova, rayon ağsaqqalları, təqaüddə olan təhsil işçisi Salman Abdullayev və ehtiyatda olan hərbi qulluqçu Mustafa Əliyev bildirdilər ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində əbədi iz qoymuş bir gündür. Bu Qələbə xalqımızın birliyinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin gücünün nəticəsidir.

Qeyd olundu ki, bu Qələbə  şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi iradəsi və müdrik diplomatiyası, eləcə də xalq-iqtidar-ordu birliyinin sayəsində əldə edilmişdir. 44 günlük Vətən müharibəsində əldə edilmiş uğurlar uzun illər işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi. Vaxtilə Ulu Öndər Heydər Əliyevin uğurlu təməlini qoyduğu və ölkəmizin sarsılmaz dayağı kimi inkişaf etdirdiyi vahid azərbaycançılıq ideyası Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiya üzrə möhtəşəm inkişaf yolu keçərək ən yüksək məqama, milli birlik, milli həmrəylik zirvəsinə yetişib.

Çıxışçılar eyni zamanda vurğulayıblar ki, bu gün biz təkcə bu tarixi anı yad etmirik, həm də gələcək nəsillər üçün vətənpərvərlik, milli həmrəylik və dövlətə sədaqət nümunəsini göstəririk. Bu kimi tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, milli dəyərlərin və dövlətçilik ənənələrinin qorunub saxlanmasında mühüm əhəmiyyət daşıyır. Şəhidlərimizin xatirəsi daim qəlblərimizdə yaşayacaq, qazilərimizin igidliyi və xalqımızın həmrəyliyi Azərbaycan dövlətinin möhkəmliyini göstərən örnək olacaq.

Tədbirdə vətənpərvərlik və milli birliyimizi təcəssüm etdirən videoçarx nümayiş olundu, sonda 8 Noyabr- “Zəfər Günü”nün 5-ci  ildönümü münasibəti ilə rayon ağsaqqalları adından ölkə başçısı, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə müraciət mətni oxunaraq qəbul edildi.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR