“Biznesin müflisləşməsi” işçi qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun “Bakı KOB evi”ndə növbəti iclası keçirilib. Görüşdə işçi və tematik qrupların üzvləri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.

Görüşü açıq elan edən İşçi qrupun rəhbəri, ədliyyə nazirinin müavini Abiddin Hüseynov Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı ümumi məlumat verərək həmin indikator üzrə görülmüş işlərin əhəmiyyətini vurğulayıb.

Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Səkinə Əliyeva tərəfindən həmin indikator üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlər sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb. O, sözügedən Yol Xəritəsinin icrası məqsədilə həyata keçirilən bəzi tədbirlərdən bəhs edərək bildirib ki, kommersiya mübahisələrinə baxan hakimlərin, eləcə də vəkillərin müflisləşmə sahəsində bilik və təcrübələrinin artırılması istiqamətində zəruri tədbirlər görülüb, o cümlədən təlimlər keçirilib, həmçinin bu sahədə ictimaiyyətin məlumatlılığının artırılmasının təmin edilməsi üçün müvafiq məlumatlar, videoçarxlar (müflisləşmə ilə bağlı işlər üzrə anonimləşdirilmiş məhkəmə qərarlarının Vahid Məhkəmə Portalında ayrıca bölmədə yayımlanması, bu sahədə mübahisələrə dair hesabat formasının həmin portalda yerləşdirilməsi və avtomatik yenilənməsi ilə bağlı və s.) hazırlanaraq mediada paylaşılıb.

Eyni zamanda, Tematik qrupun üzvü Fərid Yaqublu “Sağlamlaşdırma və müflisləşmə” haqqında yeni qanun layihəsinin hazırda qüvvədə olan “Müflisləşmə və iflas haqqında” Qanundan fərqlərini qeyd edərək, layihənin ölkə iqtisadiyyatına, borclanmaya məruz qalmış sahibkarlıq subyektlərinə edə biləcəyi müsbət təsirləri haqqında məlumat verib.

Həmçinin görüşdə dəvət edilmiş sahibkarlıq subyektlərinin bu sahədə fikir və təklifləri öyrənilib və onların məsələ ilə bağlı maraq doğuran sualları cavablandırılıb.

Tədbir qarşılıqlı müzakirələr şəklində davam etdirilib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR