Azərbaycan Futbolunda yenilik

Azərbaycan futbolunda yeni bir mərhələ başlayır. Peşəkar Futbol Liqası və “Avrora Qrup”un “Bizon” brendi arasında sponsorluq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, ölkəmizin ən nüfuzlu futbol turnirlərindən biri olan Azərbaycan Kuboku bundan sonra “Bizon Azərbaycan Kuboku” adı altında keçiriləcək.

Qeyd edək ki, son illər dövlət dəstəyi ilə daha da böyüyən, bütün Azərbaycanı əhatə edərək 34 komanda arasında keçirilən turnir ölkə futbolunun daha da inkişafını hədəfləyir.  

Məlumat üçün bildirək ki, bu müqavilə ilə Azərbaycan Kubokunun ad hüququ Bizon brendinə məxsus olacaq. Bu əməkdaşlıq BİZON markasının idmanın inkişafına, xüsusi ilə futbolun populyarlaşmasına verdiyi dəstəyin göstəricisidir. 

Həmçinin Avrora Qrup ölkə idmanına çox böyük tövhələr verməkdədir. Belə ki, uşaq futbolunun inkişafı üçün “Europan Futbol Academy”, futzal üzrə futbolun inkişafı üçün “Araz-Naxçıvan” futbol klubuna, peşəkar futbolun inkişafı üçün “Zirə” futbol klubuna, voleybolun inkişafı üçün Milli Aviasiya Akademiyasının qadınlardan ibarət voleybol klubuna sponsorluqlarla öz dəstəyini verməkdədir. 

 

Yeni mövsümdə keçiriləcək Bizon Azərbaycan Kuboku azarkeşlərə daha maraqlı və həyəcanlı qarşılaşmalar vəd edir.

 

1

1

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR