Bu gün Qubadlıda görülən işlər müstəqil dövlətimizin qüdrətini nümayiş etdirir

Beş il öncə Azərbaycan bütün beynəlxalq təzyiq və təsirlərə rəğmən möhtəşəm bir tarix yazaraq, dünyanın diqqətini özünə cəlb etməyi bacardı. Əminliklə deyə bilərik ki,  çoxəsrlik tariximizə qızıl hərflərlə yazılmış möhtəşəm, unudulmaz günlər bundan sonra əbədi olaraq xalqımızın şərəf tarixində özünə həmişəlik taxt quracaqdır.

Hər günü bir tarix olan 44 günlük Vətən Müharibəsində 25 oktyabr tarixi də Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış günlərdən biridir. Məhz bu gün, Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümü, Azərbaycan xalqının Qarabağdakı qələbə yolunun ən əhəmiyyətli hadisələrindən birini xatırladır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə desək: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”  Ümumiyyətlə rayonun ərazisi 802 kvadrat kilometrdir. Rayon ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. Məlum olduğu kimi ölkəmizin gözəl təbiəti ilə seçilən bu guşəsinə 1988-ci ildən başlayaraq ermənilər tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. Həmin vaxt hakimiyyətdə olan dairələrin məsuliyyətsiz davranışları, ölkənin müdafiəsinin düzgen təşkil edilməməsi, hakimiyyət uğrunda mübarizə, bunun kimi bir çox xəyanətkar amillər digər ərazilərimiz kimi Qubadlının da taleyinə ciddi zərbə vurdu. 1993-cü ilin avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olundu. İşğal nəticəsində rayondan məcburi köçkün düşmək məcburiyyətində qalmış 29997 nəfər ölkəmizin dörd bir yanına səpələnərək, məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İşğal nəticəsində rayonda olan 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Düşmən vandallığını bununla yekunlaşdırmamış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirməklə, beynəlxalq konvensiyaları kobud şəkildə pozmuşdur. Təəssüf ki, bu işə məsul olan beynəlxalq dairələr bütün baş verənləri görməzdən gəlmiş, belə demək olarsa, davranışları ilə dümənin hərəkətlərinə şərait yaratmışlar.

Rayon işğaldan azad edildikdən sonra Xanlıq qəsəbəsində görünənlər qeyd etdiklərimizin bariz sübutudur. Ümumiyyətlə Qubadlının azad edilməsi əməliyyatı bir qədər uzun vaxt aparmışdır.  Buna səbəb isə şəhərdə düşmən tərəfindən güclü istehkamların qurulması və yüksəkliklərdə hərbi birləşmələrinin yerləşməsi idi. Bu mənada Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Bu əməliyyat xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu dəfə də böyük peşəkarlıq, fədakarlıq nümayiş etdirdi. Oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr - Qubadlı Şəhəri Günü kimi müəyyən olub. Artıq üçüncü ildir ki, bütün qubadlılar, xalqımız bu günü böyük qürur və fəxarət hissi ilə qeyd edir. Bu gün Qubadlıda görülən işlər müstəqil dövlətimizin qüdrətini nümayiş etdirir. Möhtərəm Prezident cənab İlham Əliyevin xüsusi nəzarəti altında həyata keçirilən işlər, reallaşdırılan layihələr Qubadlının da tarixi şöhrəti özünə qaytaracaqdır. 

İsmayıl Yaqubov;
Neftçala rayonu


 

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR