Avropa regionunda heyvan rifahı platformasının Rəhbər Qrupunun 25-ci iclası keçirilir

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST), Avropa İttifaqının və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə Avropa regionunda heyvan rifahı platformasının Rəhbər Qrupunun 25-ci iclası keçirilir.  

Tədbirin əsas məqsədi sözügedən platforma üzrə 2024–2026-cı illər üçün nəzərdə tutulmuş 4-cü Fəaliyyət Planının əvvəlki iclaslarda qəbul edilmiş qərarlarının icrasını nəzərdən keçirmək və növbəti fəaliyyət planının prioritetlərini müəyyənləşdirməkdir. 

AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva regionda heyvan rifahı sahəsində milli və beynəlxalq aktorları bir araya gətirmək baxımından iclasın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Agentlik həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində intensiv işlər aparılır.  

AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi, ÜHST-nin Avropa üzrə Regional Komissiyanın vitse-prezidenti Qalib Əbdüləliyev Azərbaycanda vahid sağlamlıq tədbirləri, heyvanların rifahı sahəsində görülən işlər barədə məlumat verib.  

Q.Əbdüləliyev qeyd edib ki, görülən işlərin nəticəsində ölkəmiz 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.  

ÜHST-nin Parisdə yerləşən Baş Qərargahı, Brüsseldə və Tokioda yerləşən regional ofisi, Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğunun əməkdaşları və Portuqaliya, İtaliya, İsrail, İsveçrə Konfederasiyasının nümayəndələrinin iştirak etdiyi iclasda heyvanların kəsilməsi, sahibsiz itlərin populyasiyasının idarə edilməsi, heyvanların nəqli, təbii fəlakətlərin idarə edilməsi və işlək atkimilərin rifahı kimi məsələlər müzakirə olunur.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR