Məşhur proqramlar çökdü: “Canva”, “Snapchat”, “Zoom”

Dünyanın məşhur onlayn xidmətlərində problem yaranıb.

“Canva”, “Snapchat”, “Zoom”, “Duolingo” daxil olmaqla onlarla internet platformasında genişmiqyaslı texniki nasazlıq müşahidə edilib.

Xidmətlərə çıxışda yaranan çətinliklər “Amazon Web Services” (AWS) bulud platformasında baş verən nasazlıqla əlaqəlidir.

İnternet kəsintilərini izləyən “Downdetector” platformasının sahibi “Oakla” bildirib ki, bu səhərdən etibarən 4 milyondan çox kəsinti barədə bildiriş daxil olub. Normalda bu göstərici gündə orta hesabla 1,8 milyon olur.

Təkcə Böyük Britaniyada nasazlığın ilk iki saatında 400 mindən çox şikayət qeydə alınıb.

Зroblem yalnız sosial şəbəkələri və tədris platformalarını deyil, bəzi bank tətbiqlərini də əhatə edib.

"Amazon" şirkəti açıqlamasında problemin US-EAST-1 (ABŞ-ın Şərq regionu) server mərkəzində baş verdiyini təsdiqləyib. Şirkət nasazlığın "DynamoDB API" sistemində DNS (Domain Name System) ilə bağlı texniki səhvdən qaynaqlandığını bildirib.

"Amazon Web Services" (AWS) texnologiya nəhəngi "Amazon"un bulud hesablama xidməti bölməsidir. Dünyada milyonlarla vebsayt və mobil tətbiq AWS serverlərində fəaliyyət göstərir.

Yəni istifadəçilərin telefonlarında və kompüterlərində işləyən çoxsaylı tətbiqlər əslində "Amazon"un məlumat mərkəzlərindən idarə olunur.

"Downdetector"a görə, kəsintidən zərər çəkən platformaların siyahısı olduqca uzundur. Onların arasında 

“Snapchat”, “Zoom”, “Roblox”, “Canva”, “Duolingo”, “Wordle”, “Signal”, “Coinbase”, “Slack”, “IMDB”, “Epic Games”, “PlayStation Network”, “Fortnite”, “Clash Royale”, “PokemonGo”, “My Fitness Pal”, “Smartsheet”, “Peloton” və “Life360” kimi tətbiqlər yer alır.

Amazon hələlik problemin tam aradan qaldırılması üçün konkret vaxt göstərməyib, lakin bəzi platformalarda xidmətin tədricən bərpa olunduğu bildirilir.  (Modern)

SON XƏBƏRLƏR

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

BÜTÜN XƏBƏRLƏR