Süd Vəzi Xərçəngi ilə Mübarizəyə Dəstək adlı tədbir təşkil olunub

Bakı Gənclər Mərkəzində, Inclusive Organization Company və "Ümidlə Gəl" xeyriyyə layihəsinin rəsmi tərəfdaşlığı, Azimli Group MMC-nin təşkilatçılığı, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi, Konora Events və Zuraya MMC-nin təşkilati dəstəyi ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş “Çəhrayı Oktyabr 2” adlı maarifləndirici konfrans təşkil olundu.

Konfransın əsas məqsədi süd vəzi xərçəngi ilə bağlı ictimai maarifləndirməni artırmaq, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək və qadınlara motivasiya verməkdən ibarət idi.

 

Tədbirin əsas spikerləri sahənin peşəkar mütəxəssisləri — mammoloq-radioloq Günel Qəmbərova və tibbi onkoloq Aygün Aslanova oldular. Onlar süd vəzi xərçəngi ilə mübarizədə erkən diaqnozun və düzgün tibbi yanaşmanın əhəmiyyəti haqqında geniş çıxış etdilər, iştirakçıların suallarını cavablandırdılar.

 

Konfrans çərçivəsində sosial dəstək məqsədilə aşağıdakı təşəbbüslər həyata keçirildi:

 

Günel Qəmbərova tərəfindən seçilmiş 10 nəfər qadın “Məlhəm” Hospitalda ödənişsiz müayinədən keçmək imkanı əldə etdi.

 

Aygün Aslanova da həmçinin "İstanbul Klinikası"nda 10 nəfəri ödənişsiz müayinəyə alacaqdır həmçinin seçilən şəxslərə  konfransda Aygün xanım tərəfindən xüsusi hədiyyələr təqdim edildi.

 

Bu cür təşəbbüslər cəmiyyətin diqqətini qadın sağlamlığına yönəltməklə yanaşı, həm də insanlara real dəstək göstərmək baxımından böyük əhəmiyyət kəsb edir.

1

1

1

1

1

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

BÜTÜN XƏBƏRLƏR