BonAqua gənclərə dəstəyini davam etdirir

BonAqua brendinin tərəfdaşlığı ilə 30 oktyabr - 3 noyabr tarixləri arasında Azərbaycan Könüllülərinin “Zəfər 5 il” adlı könüllülər düşərgəsi keçiriləcək.

Gazette.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Coca-Cola şirkəti, Azərbaycan Respublikasının Gənclər Fondu, “Nar”ın tərəfdaşlığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçiriləcək növbəti layihə vətənpərvərlik mövzusuna həsr olunur.  

Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq düşərgə ölkənin müxtəlif bölgələrindən seçilmiş gəncləri bir araya gətirəcək. Proqram çərçivəsində vətənpərvərlik ruhunu gücləndirən fəaliyyətlər, komanda oyunları, seminarlar və motivasiya sessiyaları təşkil olunacaq.

Coca-Cola şirkətinin BonAqua brendi rəsmi tərəfdaş kimi  gənclərin düşərgə müddətində sağlam və aktiv şəkildə iştirakını təmin etmək məqsədilə iştirakçıların təmiz və keyfiyyətli su ilə təminatına dəstək göstərəcək.

Qeyd edək ki, BonAqua Coca-Cola şirkətinin portfelinə daxil olan və beynəlxalq keyfiyyət standartlarına uyğun istehsal edilən təbii içməli sudur. Brend illərdir Azərbaycanda həyata keçirdiyi sosial və ekoloji layihələrlə gənclərin təşəbbüskarlığını və sağlam həyat tərzini dəstəkləməyə davam edir.

Xatırladaq ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd edib. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR