Balıq ehtiyatının qiymətləndirilməsi üzrə ekspedisiya başlayıb

Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə ekspedisiya keçirilir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, oktyabrın 23-nə qədər davam edəcək ekspedisiya Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin və Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təşkil olunub.

Türkiyədən ölkəmizə dəvət olunmuş mütəxəssislər arasında Doç. Dr. Mahir Kanyılmaz (Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Balıqçılıq və Su Ürünləri Baş İdarəsi), Prof. Dr. Ali Cemal Gücü (Orta Doğu Texniki Universiteti, Erdemli Dəniz Elmləri İnstitutu), Doç. Dr. Mehmet Cilbiz (Isparta Tətbiqi Elmlər Universiteti, Eğirdir Su Ürünləri Fakültəsi) və Dr. Ferhat Demirol (Elazığ Su Ürünləri Araşdırma İnstitutu) yer alır.

Tədqiqat işləri “Azbioresurs” MMC-yə məxsus “SEA STAR 1” gəmisində həyata keçiriləcək. Ekspedisiya zamanı Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları, türkiyəli alimlər və Zoologiya İnstitutunun mütəxəssisləri birgə fəaliyyət göstərəcəklər.

Tədqiqatın məqsədi balıq və digər su bioresurslarının populyasiyasını, biomüxtəlifliyi və ekoloji vəziyyəti qiymətləndirmək, elmi məlumatlar əsasında 2026-cı il üçün balıq ov kvotalarını müəyyən etməkdir.

Ekspedisiya nəticələri əsasında hazırlanacaq məlumatlar Nazirlər Kabinetinə təqdim ediləcək.

Ekspedisiya nəticələri və təhlilləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR