Mediasiya Təşkilatının regionlarda əhatəsi böyüyür

Masallı şəhəri Heydər Əliyev prospektində Masallı  2 saylı Mediasiya Təşkilatının açılış mərasimi keçirilmişdir. 

Açlış mərasimindən öncə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Abilov və İdarə Heyətinin məsul üzvləri Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla görüşüb.

Görüş zamanı çıxış edən Masallı Rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov “Mediasiya” haqqında  Azərbaycan Respublikası Qanununun əhəmiyyəti, mübahisələrin alternativ həlli üsullarının günün tələbləri səviyyəsində həlli, barışıq sazişi və müqavilələrin ailə, əmək, iqtisadi və inzibati hüquq münasibətləri çərçivəsində həlli yolları barədə dəyərli tövsiyələr vermişdir. 

Daha sonra Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Abilov çıxışında qeyd edib ki, ölkə başçısı tərəfindən 2019-cu ildə təsdiqlənmiş bu Qanun cəmiyyət tərəfindən müsbət qarşılanıb və hazırda mediatorlar əhaliyə səmərəli xidmətlər göstərirlər.

O, Masallı rayonunda 1 saylı Mediasiya Təşkilatının uğurlu fəaliyyətini vurğulayaraq, əhalinin artan tələbatını nəzərə alaraq 2 saylı Mediasiya Təşkilatının yaradılmasının əhəmiyyətini qeyd edib. 

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Abilov tərəfindən Ulu Öndər Heydər Əliyevin portreti rayon rəhbərinə təqdim olunmuşdur.

Rəsmi qəbuldan sonra Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Azər Bəhmənov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Abilov, İdarə Heyətinin məsul üzvləri, Masallı 1 saylı Mediasiya Təşkilatının direktoru Xanhüseyn Səmədov və Masallı 2 saylı Mediasiya Təşkilatının direktoru Tünzalə Qardaşovanın iştirakı ilə Masallı şəhər Heydər Əliyev prospektində Masallı 2 saylı Mediasiya Təşkilatının açılış mərasimi keçirilmişdir.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR