
Hacıqabul 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanışlıq olub
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Region mediatorlarının Ağsaqqallar Şurasının sədri, Sabirabad 1 saylı Mediasiya Təşkilatının direktoru Musa Ramazanov və Şuranın İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev ilə birlikdə Hacıqabul 1 saylı mediasiya təşkilatının ofis şəraiti, görülən işlər ilə tanış olub.
Gazette.az xəbər verir ki, Hacıqabul 1 saylı mediasiya təşkilatının direktoru Namik Hüseynov qonaqları təşkilatın ofis şəraiti və iş rejimi ilə tanış edib, görülən işlər barədə məlumat verib və keyfiyyətli barışıq sazişlərinin imzalanması sahəsindəki nailiyyətləri qeyd edib.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bölgələr üzrə fəaliyyət göstərən mediasiya təşkilatlarının vətəndaş məmnunluğunun təmin olunmasındakı əhəmiyyətindən söz açıb və Hacıqabul 1 saylı mediasiya təşkilatına fəaliyyətində uğurlar arzu edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





