“Məcburi köçkünlərin geri qayıdışının müasir modeli yaranır”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin oktyabrın 6-da Cenevrə şəhərində öz işinə başlamış 76-cı sessiyasında iştirak edir. 
 
Sessiyada çıxış edən Sabir Əhmədov Ermənistanın deportasiya və işğalçılıq siyasəti, bu siyasətin tarixi kökləri və ağır nəticələri qaçqın və məcburi köçkünlərin üzləşdikləri mərhumiyyətlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmaq barədə beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri 30 ilə yaxın müddətdə yerinə yetirməyib. Buna görə də Azərbaycan 2020-ci ildə 44 gün, 2023-cü ildə isə 1 gün ərzində zəruri
hərbi əməliyyatlar apararaq, özünün ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməli olub.  
 
İşğalın ilk illərində Azərbaycanda qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsinin, qida, tibbi yardım, sosial-məişət ehtiyaclarının təmin edilməsinin böyük çətinliklər yaratdığı, amma hökumətimizin öz imkanlarını maksimum dərəcədə səfərbər etdiyi, həmçinin beynəlxalq təşkilatlardan yardım və dəstək aldığı diqqətə çatdırılıb. Ermənistanın işğal etdiyi ərazilərdə infrastruktur obyektlərini tamamilə dağıtdığı, milli-mədəni irsimizi məhv etdiyi, təbii sərvətlərimizi taladığı, iqtisadiyyata ağır zərər vurduğu bildirilib. 
 
Hazırda Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuş məcburi köçkünlərin rahat, təhlükəsiz və ləyaqətlə geri qayıdışı üçün imkanların səfərbər edildiyi deyilib. Köçkünlüyün ilk illərində olduğu kimi, geri qayıdış zamanı da bərpa-quruculuq işləri, əhalinin məşğulluğunun təmin edilməsi və digər işləri Azərbaycan dövləti, əsasən, öz imkanları hesabına həyata keçirir.
 
Qeyd edilib ki, işğal dövründə Azərbaycan ərazilərini Ermənistanın mina və partlamamış hərbi sursatlarla çirkləndirməsi, əhalinin geri qayıdışına ciddi maneə yaradır. Buna görə də, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi qayıdışın prioritet istiqaməti kimi müəyyənləşdirilib. 
 
Böyük Qayıdışın başlandığı 2022-ci ildən indiyədək işğaldan azad edilmiş 28 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin köçürülməsi həyata keçirilib. Hazırda Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində, ümumilikdə, 50 mindən çox insan yaşayır. İnfrastruktur tamamilə yenidən qurulur. Geri qayıdan əhali müasir tələblərə cavab verən ev və mənzillərlə təmin olunur. Bir ali məktəb, hər bir yaşayış məntəqəsində orta təhsil müəssisəsi, bağça, tibb məntəqəsi, icma mərkəzi yaradılır. İnfrastrukturun bərpası ilə yanaşı əhalinin yeni yaşayış şəraitinə adaptasiyası və iqtisadi fəaliyyətə reinteqrasiyası, məşğulluq imkanlarının artırılması üçün məqsədyönlü işlərin görülməsinin də həyata keçirilən tədbirlər arasında mühüm yer tutduğu bildirilib. 
 
Vurğulanıb ki, ölkə başçısının sərəncamı ilə 2027-2030-cu illəri əhatə edən Böyük Qayıdışa dair ikinci Dövlət Proqramının hazırlanmasına başlanılıb. Proqramda işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması üçün effektiv tədbirlər öz əksini tapacaq. Azərbaycan məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıdışının hərtərəfli düşünülmüş yeni, müasir modelini yaradır. 

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR