COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında “İqlim dəyişikliklərinin həlli yolları: beynəlxalq əməkdaşlıq və elmi kommunikasiya” mövzusunda tədbir təşkil edilib.

AHİK-in mətbuat xidmətindən Gazette.az-a bildirilib ki, tədbir çərçivəsində konfederasiyanın dəstəyi ilə hazırlanmış “Qlobal davamlı inkişaf strategiyası: İnnovasiya, modelləşdirmə və ittifaqlar” xüsusi elmi nəşrinin təqdimatı keçirilib.

Bununla yanaşı, akademiyada Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin açılışı olub, həmçinin konfederasiyanın təşəbbüsü ilə keçirilmiş “Yaşıl gələcək bizim gözümüzlə” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Konfederasiyanın sədri Sahib Məmmədov Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə həyata keçirdiyi siyasət və ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində qəbul olunmuş qərarların qlobal əhəmiyyətindən bəhs edib.

Qeyd olunub ki, AHİK də iqlim dəyişmələri ilə mübarizə, ətraf mühitin mühafizəsinə dair tədbirlər həyata keçirir və xüsusi elmi nəşrin hazırlanması bu istiqamətdə görülən işlərin davamıdır.

Nəşrdə yer alan məqalələrin elmi dəyəri, aktuallığı və COP29-un məqsədlərinin müəyyənləşdirilməsindəki rolu vurğulanıb. Bildirilib ki, nəşr iqlim dəyişmələri ilə bağlı elmi-tədqiqat işləri, oxucuların elmi potensialının inkişafı və müvafiq sahədəki araşdırmalar üçün etibarlı istinad mənbəyidir.

Həmçinin yeni yaradılan Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin ölkəmizdə elmi nəşrlərin keyfiyyətinin artırılması və rəqəmsal identifikasiya sistemlərinin genişləndirilməsi baxımından önəmi qeyd edilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc xüsusi elmi nəşrin iqlim dəyişmələri ilə mübarizədə maarifləndirməyə dair önəmini və geniş oxucu auditoriyasında maraq doğuracağına inamlarını ifadə edib. Eyni zamanda, Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin yaradılmasının milli elmi jurnalların və nəşrlərin davamlı identifikatorlarla təmin olunması baxımından əhəmiyyətindən danışıblar.

Tədbir çərçivəsində Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzi tərəfindən bir sıra nəşrlərə rəqəmsal obyekt identifikatoru kodu verilib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR