Ümumdünya Ağciyər Sağlamlığı Gününə həsr edilən konfrans keçirilib

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Ümumdünya Ağciyər Sağlamlığı Gününə həsr edilən beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Gazette.az xəbər verir ki, konfransda səhiyyə nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvləri Soltan Məmmədov və Pərvanə Vəliyeva, eləcə də beynəlxalq təşkilatların ekspertləri, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Belarus, Ukrayna və digər ölkələrdən alim və mütəxəssisləri iştirak edib.

Konfransda ağciyər xəstəliklərinin müasir diaqnostikası, müalicə üsulları, elmi yeniliklər və beynəlxalq əməkdaşlığın inkişafı mövzuları müzakirə olunub.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov vərəmlə mübarizənin dünyada aktual problemlərdən biri olduğunu vurğulayıb:

“Ümumdünya Səhiyyə Təşkilatının, bir çox təşkilat və dövlətlərin səylərinə baxmayaraq, gündəlik 4000-4500 xəstə həmin xəstəlikdən həyatını itirib. Onlardan 600-700-nün uşaqlar olub. Bu, problemin miqyasını göstərir, bizi daha əzmlə və mütəşəkkil çalışmağa sövq edir. Ölkəmizdə vərəmlə mübarizə tədbirlərində müsbət nəticələr də müşahidə edilir. Sumqayıtda xəstələrin dərmanları birbaşa evlərinə çatdırılır və videokonfrans vasitəsilə qeydə alınır. Bu da yoluxmanın qarşısının alınması üçün çox önəmlidir”.

A.İsrafilov, həmçinin qeyd edib ki, müayinələrin yerlərdə profilaktik qurğularla aparılması planlaşdırılır, xəstəliyin aradan qaldırılmasında mütəşəkkillik çox vacibdir.

Tədbirdə, həmçinin ağciyər xəstəlikləri ilə mübarizə sahəsində görülən işlər və qarşıya qoyulan məqsədlərlə bağlı fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR