“Gələcəyin Gənc Mühasibləri” Forumu keçirilib

“Gələcəyin Gənc Mühasibləri” Forumu baş tutub. Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM) və Gənc Mühasiblər İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Forumun əsas məqsədi gənclərə mühasibatlıq sahəsindəki karyera imkanlarını tanıtmaq, onların peşəkar inkişafına dəstək göstərmək və bu sahədə şəbəkələşməni təşviq etmək olub.
100-ə yaxın gəncin iştirak etdiyi tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun Daxili Nəzarət və Monitorinq Şöbəsinin müdiri Pərviz Mirələmli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri İsmayıl Süleymanov, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Radil Fətullayev çıxış ediblər. Çıxışlarda mühasibatlığın gənclərin karyera inkişafında rolu, əmək bazarının tələbləri və bu sahədə yeni imkanlar vurğulanıb.

Forum çərçivəsində “Mühasibatlıq sahəsində karyera imkanları və çağırışlar” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə “PSC Group” MMC Konsaltinq şirkətinin direktoru Məhəmməd Balakişiyev, “İATM Traininq” MMC-nin direktoru, Xəzər Universitetinin müəllimi Aqil Səfərov, İATM-ın Karyera Mərkəzinin rəhbəri Nail Mikayılov spiker qismində çıxış ediblər.
Spikerlər mühasibatlıq peşəsinin üstünlükləri, gənclərin bu sahədə inkişaf perspektivləri və əmək bazarında tələb olunan əsas bacarıqlar barədə öz təcrübələrini bölüşüblər.

Panel müzakirəsindən sonra keçirilən sual-cavab sessiyasında iştirakçılar spikerlərə öz suallarını ünvanlayaraq, onları maraqlandıran məsələlərlə bağlı ətraflı cavab alıblar.
Tədbirin davamında Bakı və regionları əhatə edən “Hazır Mühasib” layihəsinin məzunlarının təltif olunması mərasimi keçirilib. Artıq beşinci dəfə reallaşdırılan layihə çərçivəsində 53 nəfər uğurla proqramı başa vurub. 

Tədbir Bakı və region gənclərinin mühasibatlıq sahəsində biliklərini artırmasına, yeni bacarıqlar qazanmasına və peşəkar mühitdə şəbəkələşməsinə geniş imkan yaradıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR