"Whatsapp"a yeni funksiyalar gəldi

Meta mesajlaşma platforması "WhatsApp" üçün bir sıra yeni xüsusiyyətlər elan edib. Yeniləmə həm iOS, həm də Android istifadəçilərinə təqdim olunacaq.

Gazette.az xəbər verir ki, yeni funksiyalar arasında bunlar yer alır: Canlı və animasiyalı fotoşəkillər - söhbətləri daha maraqlı etmək üçün.

Meta AI ilə fərdiləşdirmə - söhbətlər üçün yeni fonlar, videozənglərdə orijinal süni intellekt fonları yaratmaq imkanı.

Yeni söhbət mövzuları və stiker paketləri - "Qorxmaz Quş", "Məktəb günləri" və "Bayram Paketləri" kimi fərqli emosiyalar təqdim edən əlavələr.

Qrup kəşfi - istifadəçilər artıq kontaktın adını axtararaq, onunla paylaşılan bütün qrupları asanlıqla görə biləcəklər.

Sənəd skan aləti - Android telefon istifadəçiləri sənədləri birbaşa "WhatsApp"dan skan edib, redaktə edə, saxlaya və paylaşa biləcəklər (bu funksiya iPhone-da əvvəldən mövcud idi).

Bununla yanaşı, "WhatsApp"a mesaj tərcümə funksiyası da əlavə edilib və artıq türk dili də dəstəklənir.

Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər "WhatsApp"ın həm işgüzar, həm də gündəlik istifadə üçün daha praktik və rəngarəng hala gəlməsinə səbəb olacaq.

SON XƏBƏRLƏR

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

İnsan kapitalının inkişafına yönəlmiş TOT təlimi keçirilib

Bank of Baku-da rəhbər vəzifəyə təyinat olub

Naxçıvanda yeni yarımstansiya tikiləcək - 17 milyon manatlıq LAYİHƏ

Nəqliyyat sektoru üzrə biznes kredit portfeli böyüyüb

Yuxusuz gecədən sonra bunu edin

Qeyri-sabit iş rejiminin fəsadları

Bu ölkədə məktəblilərin süni intellektdən istifadəsini qadağan edilir

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Liftin qapısını təpiklə açırlar" - DEPUTAT ŞİKAYƏTÇİDİR

BÜTÜN XƏBƏRLƏR