Gənc hüquqşünaslar üçün “Lex Camp II - Xankəndi” layihəsi keçirilir

"Ədliyyə Könüllüləri" İctimai Birliyinin Ədliyyə Nazirliyi, “ADA” Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Qarabağ Universiteti,  Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirdiyi “Lex Camp II - Xankəndi" layihəsinin açılış mərasimi baş tutub.

Qarabağ Universitetində keçirilən tədbirdə ədliyyə nazirinin müavini Abiddin Hüseynov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev çıxış ediblər. Onlar layihənin gənclərin hüquqi biliklərinin artırılması, peşəkar inkişaflarının dəstəklənməsi və hüququn aliliyinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Qeyd edək ki, 29 sentyabr - 4 oktyabr tarixlərində gənc hüquqşünaslar üçün Xankəndidə təşkil ediləcək “Lex Camp II - Xankəndi” layihəsi “Hüquq və Texnologiya: innovasiyaların tənzimlənməsi və tənzimlənmədə innovasiya” mövzusunu əhatə edəcək.

Layihədə iştirak etmək üçün “ADA” Universiteti, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Dövlət Universiteti və ölkənin digər universitetlərində, o cümlədən xarici ali təhsil müəssisələrinin müxtəlif pillələrində təhsil alan və məzun olmuş 300-ə yaxın namizəd müraciət edib. Müsahibə prosesi nəticələrinə əsasən 40 gənc hüquqşünas layihədə iştirak haqqı qazanıb. 

Spiker qismində yerli və xarici professor heyəti və rəsmilərin iştirakı nəzərdə tutulan layihədə 6 gün ərzində hüquq və texnologiya münasibətləri ilə bağlı müxtəlif seminarlar, praktiki təlimlər, nümunələr üzərində iş və panel görüşlərin təşkili planlaşdırılır. 

Layihə müddətində Xankəndi şəhəri ilə bərabər Şuşa, Ağdam və Laçın rayonlarına milli-mədəni irsin, tarixi abidələrin və turizm potensialının tanıdılması məqsədilə ekskursiyalar təşkil olunacaq, bağlanış mərasimi isə Xankəndi şəhərində təşkil ediləcək.

SON XƏBƏRLƏR

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

BÜTÜN XƏBƏRLƏR