“PeşəFest”in növbəti ünvanı Ağdam oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “PeşəFest” bu dəfə Ağdam rayonunda keçirilib.

 “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyır.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Ağdam və ətraf rayonlardan dövlət və özəl qurumların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Festivalın açılış mərasimində çıxış edən V.Həsənov əmək bazarında aktual olan peşələrin gənclərə və yeniyetmələrə tanıdılmasında “PeşəFest”in xüsusi rolunu, belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd edib.

S.Əliyev “PeşəFest”in məqsədini diqqətə çatdıraraq, gənclərin maarifləndirilməsinin və düzgün peşə seçiminin həm onların gələcəklərini, həm də əmək bazarının balanslı inkişafını təmin etdiyini vurğulayıb.

Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər, yeniyetmələrin və onların valideynlərinin suallarını cavablandırıblar.

Festivalda Nazirliyin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” filialının benefisiarları da iştirak edərək musiqi nömrələri təqdim ediblər.

Festivalın təşkil olunacağı digər ünvan və tarixlər isə belədir:

• İmişli – 1 oktyabr / Heydər Əliyev parkı

• Ağsu – 3 oktyabr / Heydər Əliyev parkı

• Ağdaş – 8 oktyabr / Heydər Əliyev parkı

• Qəbələ – 11 oktyabr / Heydər Əliyev parkı

• Xaçmaz – 13 oktyabr / Zəfər parkı

• Bakı – 16 oktyabr / Dənizkənarı Milli Park

“PeşəFest”də  14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunur.

Festival iştirakçıları bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR