Azərbaycan Prezidentinin BMT-də tarixi çıxışı: Yeni qlobal paradiqmalar fonunda Azərbaycanın liderliyi

Sentyabrın 25-də BMT Baş Assambleyasının 80 illik yubiley toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı təkcə diplomatik addım deyil, həm də ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində qazandığı tarixi nailiyyətlərin dünyaya bəyanı kimi qiymətləndirilməlidir. Bu çıxış həm regional, həm də qlobal müstəvidə yeni reallıqların təsdiqi, Azərbaycanın uğurlu inkişaf yolunun təqdimatı və beynəlxalq ictimaiyyətə ünvanlanan strateji mesaj oldu.

Gazette.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

O xatırladıb ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra dövlətimizin başçısı yalnız bir dəfə, 2021-ci ildə videoformatda Assambleyaya müraciət etmişdi. Halbuki həmin vaxtdan etibarən Azərbaycan mühüm uğurlar əldə etmişdi:

* 2023-cü ilin sentyabrında separatizmin kökünün kəsilməsi və dövlət suverenliyinin tam bərpası;

* 2024-cü ildə Rusiya sülhməramlılarının ölkədən çıxarılması;

* Sülh danışıqlarının xarici güc mərkəzlərinin təsirindən çıxarılaraq ikitərəfli müstəviyə keçirilməsi.

"Prezident İlham Əliyevin qarşısına qoyduğu strateji hədəflər tam olaraq yalnız 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən üçtərəfli Zirvə görüşündən sonra reallaşdı. Həmin görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandı, Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı tarixi anlaşma əldə olundu, Minsk qrupu və ona aid təsisatların ləğvi haqqında razılıq əldə edildi və sentyabrın 1-də ATƏT-in qərarı ilə bu razılaşma rəsmiləşdirildi, ABŞ–Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi, 907-ci düzəlişin icrası dayandırıldı. Bütün bunlar Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi qələbənin siyasi-hüquqi təsdiqi idi.

Başqa sözlə, döyüş meydanında qazanılmış tarixi zəfər artıq ABŞ Prezidentinin imzası ilə rəsmiləşdi və dünya ictimaiyyəti tərəfindən tanındı.

Məhz bu səbəbdən Prezident İlham Əliyevin BMT Baş Assambleyasında iştirakı və çıxışı Azərbaycanın tamamlanmış, əbədi zəfərinin rəsmi bəyanı oldu. Dövlətimizin başçısı Azərbaycanın yenilənmiş, güclənmiş, regional oyunçudan qlobal oyunçuya çevrilmiş obrazını dünya ictimaiyyətinə təqdim etdi.

Azərbaycan Prezidenti 193 üzv dövlət arasında yeganə lider idi ki, BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi yolla təmin etmişdi. Bu, eyni zamanda, Cənubi Qafqazda real sülh və təhlükəsizlik mexanizmlərinin yaradılması demək idi. Müasir dünyada heç bir ölkə Azərbaycanın etdiyi kimi həm müharibəni, həm də sülhü qazanmağı bacarmayıb",- deyə A. Quliyev vurğulayıb.

Prezident İlham Əliyevin çıxışının tarixi və strateji əhəmiyyəti barədə danışan deputat əlavə edib: "Prezident İlham Əliyevin çıxışı, sadəcə, nitq deyildi, bu, Azərbaycan modelinin beynəlxalq aləmə təqdimatı idi. Bu model:

* işğaldan və ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən dövlətlər üçün örnək;

* qlobal siyasətdə ədalətin bərpası üçün istinad nöqtəsi;

* uğur düsturunun təqdimatı idi.

Bu çıxış, eyni zamanda, Cənubi Qafqazda, Mərkəzi Asiyada və Şərqi Avropada yeni dövrün başlanğıcını və Azərbaycanın liderliyini təsdiqlədi".

Onun sözlərinə görə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı tarixi çıxış bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal səviyyədə də proseslərə təsir imkanlarına malikdir. Dövlətimizin başçısı beynəlxalq ictimaiyyətə Azərbaycanın yeni rolunu – güclü, müstəqil, ədalətli və strateji tərəfdaş kimi rolunu nümayiş etdirdi.

Beləliklə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın diplomatik salnaməsində mühüm mərhələ olmaqla yanaşı, həm də qlobal siyasətdə yeni paradiqmanın təsdiqi kimi tarixə düşdü.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR