Leyla Əliyeva Sloveniya Prezidentinin həyat yoldaşı ilə görüşüb

Sentyabrın 25-də Nyu-Yorkda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qarşı tərəfin müraciəti əsasında Sloveniya Prezidentinin həyat yoldaşı Ales Musar ilə görüşüb.

Görüşdə Ales Musar Sloveniya Respublikasının Hökuməti tərəfindən 1998-ci ildə mina qurbanlarına dəstək məqsədilə yaradılmış “İnsan Təhlükəsizliyinin Artırılması” (ITF) adlı humanitar qeyri-kommersiya təşkilatının fəaliyyəti barədə məlumat verdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizin üzləşdiyi mina probleminə diqqəti çəkdi. Leyla Əliyeva qeyd etdi ki, minalar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə və “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması prosesinə ciddi maneə törədir. Buna baxmayaraq, Azərbaycan tərəfindən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyətinin aparıldığı və mina qurbanlarına dəstəyin göstərildiyi, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərinin həyata keçirildiyi bildirildi.

Söhbət zamanı dünyada su qıtlığı problemi, Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı fikir mübadiləsi aparıldı, Sloveniyada keçirilən Bled Su Forumunun əhəmiyyətinə toxunuldu.

Görüşdə Azərbaycan ilə Sloveniya arasında bu sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olundu.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR