Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət

Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda ilk dəfə möhtəşəm mədəniyyət hadisəsi baş tutacaq

Belə ki, Baku International Arts Festival (BIAF) 31 oktyabr – 16 noyabr 2025-ci il tarixlərində Azərbaycanın paytaxtı müasir rəqs, teatr və ölməz klassikanı özündə birləşdirən beynəlxalq səhnə mərkəzinə çevriləcək.

Festival zamanı üç həftəsonunda qonaqları 10-dən artıq unikal tədbir gözləyir. Bu tədbirlərdə Azərbaycan, Avstriya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, Kanada, Çin, ABŞ, Fransa və Özbəkistandan 100-dən çox sənətçi iştirak edəcək.

Bakının ən nüfuzlu səhnələrində tanınmış rejissorlar, xoreoqraflar və teatrların tamaşaları təqdim olunacaq. Onların arasında Robert Lepaj, Şaron Eyal, Yan Lipin, Giyom Kotey, Rimas Tuminas, “Gesher” teatrı, Daniele Finzi Pasca və başqaları yer alır.

Festival dünya miqyasında tanınmış incəsənət tədbirlərinin ən yaxşı ənənələrindən ilhamlanaraq hər il keçiriləcək mədəniyyət layihəsi kimi nəzərdə tutulub. Məqsəd — Bakını yeni bədii dialoq, yaradıcılıq və beynəlxalq əməkdaşlıq mərkəzinə çevirməkdir.

Festivalın əsas məkanları: Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı.

Bakı — Xəzərin mədəniyyət paytaxtı, Şərqlə Qərbin qovuşduğu məkandır. Bir zamanlar Böyük İpək yolunun mühüm qovşağı olan şəhər, bu gün də xalqları birləşdirir və zəngin irsi ilə ilhamlandırır. BIAF 2025 bu birliyin yeni simvoluna çevrilərək dünya incəsənətini Azərbaycan mədəniyyəti ilə bir araya gətirəcək.

Festival yalnız konsertlər və tamaşalar silsiləsi deyil. Bu, yeni kəşflərə yol açan səyahət, incəsənət sevərlərə və mədəniyyət yoluna yenicə qədəm qoyanlara unudulmaz təcrübədir.

Biletləri əldə etmək, eləcə də proqram və festival barədə əlavə məlumat almaq üçün BİAF rəsmi saytına daxil olun: www.biaf.az

1

1

1

1

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR