“Formula-1” çərçivəsində tibbi xidmətin təşkili tam təmin olunub

TƏBİB tərəfindən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Baku City Circuit) ilə əməkdaşlıq çərçivəsində “Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025"də tibbi xidmətə ehtiyac yaranacağı hallar üzrə xidmətin təşkili tam təmin olunub.

Gazette.az xəbər verir ki, yarış xətti boyunca iştirakçılara, “Formula-1” çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün təcili və təxirəsalınmaz tibbi yardım postları qurulub.

18-21 sentyabr 2025-ci il tarixlərində qrafik üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təşkili üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən yarışlar dövründə xidmət göstərmək üçün ümumilikdə 22 briqada ayrılıb.

Həmçinin “Formula-1” yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısı fəaliyyət göstərir. 
Tibb məntəqələri reanimasion çarpayı, süni tənəffüs aparatı, kardiomonitor, USM, EKQ, anesteziya aparatı və digər müxtəlif təyinatlı cihaz avadanlıqlar, habelə zəruri dərman, müalicə vasitələri, sərf materialları, təcili və təxirəsalınmaz tibbi yardım çantaları ilə tam təmin olunub.
Yarış müddətində tibbi xidmətin təşkili istiqamətində gücləndirilmiş iş rejimində fəaliyyətə dair TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi, Nərmanov Tibb 
Təhkim olunan bütün tibb işçiləri saat 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərir.

Qeyd edək ki, tibb və qeyri-tibb işçilərinin hər biri bir çox beynəlxalq tədbirlərdə xidmət aparan, xarici dil biliklərinə malik təcrübəli mütəxəssislərdir.

SON XƏBƏRLƏR

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

BÜTÜN XƏBƏRLƏR