Baş Prokurorluqda Kibertəhlükəsizlik şöbəsi yaradılıb

Özlərini bank əməkdaşı kimi təqdim edən saxtakarlar vətəndaşların bank kodlarını və digər şəxsi məlumatlarını öyrənmək üçün müxtəlif fırıldaqçılıq üsullarına əl atırlar. Onlar zənglər, lotereya və endirim linkləri vasitəsilə göndərilən saxta mesajlardan istifadə edirlər. Xüsusilə yaşlı şəxslərin və azyaşlıların aldadılması halları daha çoxdur.

Gazette.az xəbər verir ki, bunu Baş Prokurorluğun rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov deyib.

O qeyd edib ki, bu məsələ ilə bağlı Baş Prokurorluq tərəfindən təhlillər aparılır. Həmçinin Baş Prokurorluqda Kibertəhlükəsizlik şöbəsi yaradılıb. “Düşünürəm ki, bu şöbənin də fəaliyyəti vəziyyətə nəzarət sahəsində uğurlu olacaq. Qabaqlayıcı tədbirlər kimi vətəndaşlara tövsiyə olunur ki, öz bank məlumatlarını kənar şəxslərlə və ya bilinməyən resurslara paylaşmasınlar, tanımadıqları nömrələrdən gələn linklərə daxil olmasınlar, şübhəli zəng və mesajlar barədə dərhal banklara və hüquq-mühafizə orqanlarına məlumat versinlər”, - deyə o vurğulayıb.

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR