Zərərli qidalar yaddaşa mənfi təsir göstərə bilər – ARAŞDIRMA

Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan alimlər xəbərdarlıq ediblər ki, doymuş yağlarla zəngin zərərli qidaların yaddaş və öyrənmə qabiliyyətinə zərər verməsi mümkündür. ABŞ-ın Çapel-Hill Şimali Karolina Universitetinin apardığı araşdırmaya görə, cəmi bir neçə gün bu cür qidalarla qidalanmaq beynin yaddaşa cavabdeh hissəsi olan hipokampı poza bilər.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, tədqiqat zamanı siçanlar üzərində aparılan təcrübələr göstərib ki, zərərli qida beyindəki hüceyrələri həddindən artıq aktivləşdirir. Bu hiperaktivlik daha əvvəl demans və Alsheymer kimi xəstəliklərlə əlaqələndirilib. Səbəb isə beynin əsas enerji mənbəyi olan qlükozanı istifadə edə bilməməsidir. Tədqiqatçılar bu problemdə “PKM2” adlı zülalın da rol oynadığını aşkarlayıblar.

Farmakologiya professoru Juan Song bildirib ki, hüceyrələrin çox qısa müddətdə fəaliyyətini dəyişməsi və bunun yaddaşa mənfi təsir göstərməsi onları təəccübləndirib.

Araşdırma, həmçinin göstərib ki, ultra emal olunmuş qidalar, məsələn, çizburger, kartof qızartması və s. təkcə yaddaşa yox, ümumi sağlamlığa da ciddi ziyan vura bilər. Bu cür qidalar ürək xəstəlikləri, insult, xərçəng və reproduktiv problemlərlə də əlaqələndirilir.

Bununla yanaşı, alimlər müəyyən pəhriz dəyişikliklərinin, o cümlədən aralıq orucun beyin hüceyrələrinin fəaliyyətini normallaşdıra biləcəyini müəyyən ediblər. Bu üsulun insanlar üçün də faydalı olub-olmadığını araşdırmaq üçün əlavə tədqiqatlara ehtiyac var.

Alimlər hesab edirlər ki, bu cür yanaşmalar gələcəkdə demans və Alsheymer xəstəliyinin qarşısının alınmasına kömək edə bilər.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR