Birinci beynəlxalq "Avrasiya" kinofestivalı keçiriləcək

17-21 oktyabr tarixlərində Moskvada Birinci beynəlxalq "Avrasiya" kinofestivalı  keçiriləcək.

Bu barədə 11 oktyabr tarixində mətbuat konfransında kinofestivalın prezidenti məlumat verib. "Avrasiya" festivalında Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və digər ölkələrdən 250-dən çox kino sahəsinin mütəxəssisi iştirak edəcək. Onların arasında rejissorlar, ssenaristlər, operatorlar, aktyorlar, prodüserlər, jurnalistlər və videobloqerlər var.

 

Festivalın əsas məqsədi — tamaşaçılarda öz ölkələrinin tarixi və ənənələrinə maraq oyatmaq, istedadlı kinorejissorları üzə çıxarmaq və ən yaxşı filmləri dəstəkləməkdir.

İştirakçıları beş zəngin proqram günü gözləyir ki, bu da filmlərin nümayişlərini, yaradıcılıq və işgüzar görüşləri, ustad dərslərini, dəyirmi masaları və təhsil proqramlarını əhatə edir. Festival qonaqları görkəmli sovet və rus aktyorları, eləcə də Avrasiya ölkələrindən olan məşhur sənətçilərlə tanış olacaqlar.

"İstənilən festival — insanın tanınması üçün bir platformadır. Bu, əsas məsələdir. Əgər sən istedadlısan, bacarıqlısan və düzgün yolu seçmisənsə, onda daha da irəliləmək üçün şans qazanırsan. Qrantlarla bağlı vəziyyət unikal bir təcrübədir, xüsusən bizim ölkəmiz üçün. İstənilən şəxs müraciət edib maliyyə dəstəyi ala bilər. Mənə görə, “Avrasiya” və “Avrasiya-Kinofest” layihələrinin əsas məqsədi — bizi yenidən bir-birimizə maraqlı etməkdir. Biz artıq dörddə bir əsrdir ki, yeni bir dünyada yaşayırıq. Yenidən bir-birimizi tanımağa ehtiyacımız var", — film festivalının prezidenti vurğuladı.

Müsabiqə proqramında 50-dən çox tammetrajlı və qısametrajlı bədii və sənədli filmlər təqdim olunacaq. Qaliblər 12 nominasiyada seçiləcək, mükafatlandırma mərasimi bağlanış mərasimində keçiriləcək. Yeni rejissorlar, ssenaristlər, operatorlar və gənc kinobloqerlər Avrasiya ölkələrinin yaxınlaşmasına və birliyinə həsr olunmuş filmlərin çəkilişləri üçün qrant dəstəyi ala biləcəklər.

"Avrasiya" kinofestivalının əsas məqsədi — yaradıcılıq komandalarının qarşılıqlı anlaşma və hörmət əsasında ənənəvi dəyərlər platforması ətrafında birləşməsidir. AİB "Avrasiya" Avrasiya xalqlarına xas olan ənənəvi və mənəvi dəyərlər platformasının inkişafına önəm verir. Biz festivalda təqdim olunacaq filmlərdə ailə və mənəvi inkişaf mövzularının qaldırılmasını istəyirik. Bizim çoxlu aparıcı layihələrimiz var və istəyirik ki, sənədli və bədii filmlər vasitəsilə öz fikirlərini ifadə etmək bizim üçün bir ənənəyə çevrilsin, kinofestivalımız isə illik tədbir olsun", — deyə Alyona Arşinova bildirib.

Avrasiyada bir çox yaradıcı komandalar, prodüserlər, ssenaristlər və rejissorlar mövcuddur ki, onlar maraqlı formatlar yaradırlar, lakin az adam bundan xəbərdardır. AİB "Avrasiya"nın məqsədi onları dəstəkləmək və yeni, qitə səviyyəsinə çıxarmaqdır.

Tədbirdə iştirak etmək üçün 14 oktyabr tarixindən etibarən //evrazia-kinofest.su saytında əvvəlcədən qeydiyyatdan keçərək pulsuz iştirak etmək mümkündür.

 

SON XƏBƏRLƏR

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

BÜTÜN XƏBƏRLƏR