Səhiyyə Nazirliyində Almaniyanın farmasevtika şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Farmasevtika sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərindən ibarət nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib.

Nazirlikdən Gazette-yə verilən xəbərə görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlığın mövcudluğunu vurğulayaraq, əczaçılıq sahəsində də əlaqələrin dinamik inkişaf etməsini qeyd edib. Nazir Almaniyanın əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Almaniyanın biotexnologiya sahəsindəki nailiyyətləri dünyada əczaçılıq sənayesinin inkişafına təkan verir.

Azərbaycanda Almaniyanın farmasevtika sahəsi üzrə aparıcı şirkətlərinin fəaliyyət göstərdiyini vurğulayan Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Öz növbəsində farmasevtika sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərinin rəhbərləri Azərbaycanla əməkdaşlığın daha da yüksək səviyyəyə olmasında maraqlı olduqlarını vurğulayıblar. Bildirilib ki, ölkəmizə ikigünlük işgüzar səfərin əsas məqsədi əməkdaşlıq imkanlarının müzakirəsi və gələcəkdə regionda planlaşdırılan layihələr haqqında məlumat verməkdir.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər farmasevtika sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivlərini müzakirə etdilər.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR