Qazaxıstandan Azərbaycana taxıl tədarükü 6 dəfə artıb

Bu ilin yanvar-may aylarında Qazaxıstan (“Qazaxıstan Dəmir Yolları” QSC) və Azərbaycan (“Azərbaycan Dəmir Yolları” QSC) arasında dəmir yolu daşımaları 1 milyon 388,1 min tona çatıb.

Gazette.az bu barədə “Qazaxıstan Dəmir Yolları”nın məlumatına istinadən xəbər verir.

Məlumata görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 88,8 min ton və ya 4,6 dəfə (364 %) çoxdur.

Artım, əsasən taxıl daşınması (128,3 min ton və ya 6,1 dəfə çox) hesabına formalaşıb. Bununla yanaşı, iki ölkə arasında neft məhsullarının və qara metalların daşınması 884,6 min ton və ya 13,5 dəfə, kimya və soda daşınması 72,8 min ton və ya 115 % artıb. Tranzit daşımalarında ərzaq mallarının artımı 3,1 min ton və ya 2 % artıb.

Azərbaycan Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında Qazaxıstandan Azərbaycana 49,1 milyon ABŞ dolları dəyərində 146,9 min ton taxıl idxal edilib. Bu isə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə (6 300 ton) idxalın həcmi 23,3 dəfə, dəyər baxımından isə təxminən 29 dəfə çoxdur.

Qazaxıstan taxılının Azərbaycanın idxalında payı isə 41,1 % təşkil edib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR