Çinin əsas sənaye mərkəzindən Avropaya "Orta Dəhliz"lə ilk blok qatar Bakı Limanından yola salınıb

Çinin Çendu şəhərindən "Orta Dəhliz" vasitəsi ilə Avropaya göndərilən ilk blok qatar Bakı Limanından yola salınıb.

Gazette.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin mətbuat katibi Elmar Həbibli deyib.

O, bildirib ki, Çinin əsas sənaye mərkəzlərindən olan Çendu şəhərindən "Orta Dəhliz"dən keçməklə Avropaya göndərilən ilk blok qatar ötən gecə Bakı Limanına çatıb:

"İki dəniz aşaraq Avropaya gedəcək qatar 49 konteynerdən ibarətdir. Qazaxıstanın Aktau limanından Bakıya operatoru “ADY Konteyner” MMC olan “Beket Ata” gəmisi ilə gətirilən konteynerlərin, Bakı Limanının peşəkar komandası tərəfindən operativ şəkildə gəmidən boşaldılaraq platformalara yüklənməsi əməliyyatı icra edilib. Son təyinat nöqtəsi Avropanın müxtəlif şəhərləri olan bu 40 futluq konteynerlər, platforma üzərində Gürcüstanın Batumi limanına yola salınıb. Daha sonra isə konteynerlər fider gəmisi vasitəsilə Batumi limanından Rumıniyanın Konstanta limanına, oradan isə qatarla Avropanın müxtəlif şəhərlərinə göndəriləcək".

E.Həbiblinin sözləörinə görə, layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”-in təşkilatçılığı çərçivəsində, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə birgə əməkdaşlıq nəticəsində icra edilir.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR