Bölgələrdə su şəbəkələrinin qurulması istiqamətində görülən işlər açıqlanıb

“Azərsu” ASC Bakı ətrafı ərazilərdə və digər bölgələrimizdə içməli su təminatının yaxşılaşdırılması və tullantı sularının idarə edilməsi istiqamətində gördüyü işləri açıqlayıb.

Bildirilib ki, 2022-ci ilin dövlət investisiya proqramına əsasən Azərsu ASC-ə ayrılmış dövlət investisiyaları hesabına “Azərsu”yun sifarişi əsasında hazırda Neftçala şəhərində şəhərdaxili içməli su şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir:

“Eyni zamanda Salyan şəhərində şəhərdaxili su şəbəkəsinin yenidən qurulması işləri aparılır. Şirvan şəhərində təsdiqləşnmiş layihəyə uyğun olaraq şəhərin bir hissəsinin tullantı su sistemlərinin yenidən qurulması həyata keçirilir. Yevlax şəhərində içməli su təmizləyici qurğunun tikintisi, Şəki şəhərində həm içməli, həm də tullantı su şəbəkələrinin tikintisi, Mingəçevir və Biləsuvar şəhərlərində tullantı su infrastrukturunun yenidən qurulması işləri davam etdirilir.

Hazırda Basqal qəsəbəsinin kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi icra olunur. “Azərsu” həmin layihəyə ötən il başlamışdı. Bu il də bu istiqamətdə investisiya ayrılıb. Bunda başqa Gəncədə şəhərdaxili şəbəkənin bir hissəsinin yenidən qurulması işlərini planlaşdırırıq. Bu iş üçün də dövlət büdcəsindən investisiya ayrılıb və tender prosedurları həyata keçirilir. Qazaxda İslam İnkişaf Bankının maliyyələşdirdiyi layihə əsasında görülən işlərimiz bu il tam yekunlaşır. Qazaxda həm su mənbəyi yaradıldı, həm də şəhərdaxili içməli su və tullantı su şəbəkələri tamamilə yenidən quruldu, tullantı sutəmizləyici qurğu tikildi. Eyni zamanda Şabran rayonunun 9 kəndində “Azərsu” ASC-nin içməli su layihələri davam edir. Hacıqabul rayonunun Qarasu kəndində istismar müddətini keçmiş daxili şəbəkənin yenidən qurulmaslı və sayğaclaşma işlərini həyata keçiririk. Açıdərə ərazisində tullantı su kollektorunun qurulması ilə bağlı işlər son iki ildə davam elətdirilib. Bu il də həmin ərazidə işlərin görülməsi planlaşdırılır”.

ASC-dən bildirilib ki, bu ilin dövlət investisiya proqramına uyğun olaraq Badamdar qəsəbəsinin üçüncü massivində işlər davam etdirilir: "Bundan əlavə Binə qəsəbəsinin kiçik bir hissəsində, Bilgəhdə, Abşeronun kənd və qəsəbələrində bu işlərimiz həyata keçiriləcək. Sumqayıtda əsas daşıyıcı kollektorun qəzalı hissələrinin dəyişdirilməsi ötən il yekunlaşdırıldı”, - qurumun məlumatında deyilir.

SON XƏBƏRLƏR

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

BÜTÜN XƏBƏRLƏR