Ötən il Azərbaycanın təhsil müəssisələrində 90 ölüm halı baş verib
10.06.2022 / 15:23
2021-ci ildə Azərbaycanın təhsil müəssisələrində 90 ölüm halı baş verib.
Gazette.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib.
Ölüm hallarının 57-si bakalavriat, 6-sı magistratura, 16-sı tam orta ixtisas, 11-i isə ümumi orta ixtisas bazası üzrə oxuyanlar arasında olub.