"Azərişıq" ASC-nin bəzi xidmətləri ödənişsiz olacaq

"Azərişıq"ASC-nin elektron xidmətlərinə daha bir yenilik əlavə edilib.

Gazette.az  ASC-yə istinadən xəbər verir ki, tətbiq edilən yeni xidmətlərlə artıq abonentlər evdən çıxmadan elektron hökumət üzərindən online qaydada abonent kodunun addan ada keçirilməsini həyata keçirə biləcək.

Üstəlik bu xidmət əvvəl aidiyyəti üzrə ödənişli həyata keçirildiyi halda, bu gün online qaydada ödənişsiz həyata keçiriləcək.

"Azərişıq"ASC-nin İnformasiya Texnologiyalar Departamentin direktor müavini Vüsal İsayev abonentlərin yeni xidmətlərdən hansı şəkildə faydalana biləcəkləri barədə məlumat verib:

"Yeni elektron xidmətlərə əhali abonentlərinin geniş tarixçənin verilməsi, əhali və qeyri-əhali abonentlərində sayğac zədələnməsi ilə elektron qaydada müraciət etmək funksiyası aktivləşdirilib.

Eyni zamanda xarici və yerli investorların "Azərişıq" ASC-nin elektrik şəbəkəsinə qoşulması ilə bağlı müraciətlərini ASAN xidmət mərkəzlərinə və ASAN Kommunal mərkəzlərinə getmədən online qaydada müraciət edə biləcəklər. Sayğac qoyulana qədər investorların qurum əməkdaşları ilə heç bir təması olmayacaq".

Bununla yanaşı müraciətlər, müraciətə baxılma müddəti və digər bütün detallar elektron hökumət portalı üzərində "Azərişıq" ASC-nin bazasında qalacaq.

Qeyd edək ki, ASAN Kommunal üzərindən artıq "Azərişıq" ASC öz abonentlərinə 19 elektron xidmət təqdim edir.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR