
Reklam
01 İyun 2022, 13:58
583
Qızıl ucuzlaşır
ABŞ-ın dövlət bondlarının gəlirliliyinin artması fonunda qızıl ucuzlaşıb.
Gazette.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,74%, yaxud 13,7 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1834,7 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 1,01% düşərək 1 unsiyası 21,468 ABŞ dolları təşkil edib.
Bazarda “etibarlı” investisiyaların alternativi olan ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyinin 2,844%-dən 2,866% səviyyəsinə çatması qızılın qiymətinə mənfi təsir göstərib.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





