İsraillə BƏƏ arasında azad ticarət haqqında müqavilə imzalanıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrail arasında Dubayda azad ticarət haqqında müqavilənin təntənəli imzalanma mərasimi keçirilib.

Gazette.az xəbər verir ki, məlumatı “newsru.co” yayıb.

Sənədi İsrail tərəfdən ölkənin ticarət naziri Orna Barbivay və BƏƏ-dəki səfir Amir Hayek imzalayıb.

BƏƏ və İsrail arasında azad ticarət haqqında müqavilənin razılaşdırıldığı bu il aprelin 1-də elan edilmişdi. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

Müqavilədə BƏƏ ilə İsrail arasında ticarət münasibətlərinin, dövlət sifarişlərinin həyata keçirilməsinin əhəmiyyətli dərəcədə sadələşdirilməsi, gömrük məhdudiyyələrinin götürülməsi, onlayn ticarətin tənzimlənməsi və intellektual mülkiyyətin hüquqularının qorunması kimi məsələlər nəzərdə tutulub.

İsrail hökumətinin dəftərxanasından bildirilib ki, İsraillə BƏƏ arasında ticarət dövriyyəsinin 95 faizi gömrük rüsumlarından tamamilə və ya tədricən azad ediləcək. Bura ərzaq, kənd təsərrüfat məhsulları, kosmetik, tibbi avadanlıqlar, dərman preparatları və s. daxildir.

Qeyd edək ki, BƏƏ İsraillə azad ticarət əlaqəsi haqqında müqavilə imzalayan 46-cı dövlətdir.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR