“Take Off Baku” Startap Sammitinin qalibləri müəyyənləşib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN), eləcə də Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Take Off Baku” Startap Sammitinin qalibləri məlum olub.

Gazette.az bu barədə RİNN-ə istinadən xəbər verir.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, 50 iştirakçıdan 25 startap final mərhələsinə keçid alıb. Startaplar pitçinq, innovativlik, müştəri yönümlülük, rəqabətədavamlılıq, məhsul təklifi, kommersiyalaşdırılma potensialı və komanda səriştəliliyinə görə qiymətləndirmə prosesindən keçiblər.

Finala vəsiqə qazanmış 25 startapdan 14-ü Azərbaycanı, 4-ü Türkiyəni, 3-ü ABŞ-ı, 1-i Misiri, 1-i Pakistanı, 1-i Argentinanı, 1-i Estoniyanı təmsil edib.

“Take Off Baku” Startap Sammitinin qalibi 1-ci yer üzrə ABŞ-ın “Resepta” startapı (layihənin adı: elektron qəbzlərin yaradılması sistemi), 2-ci yer üzrə Azərbaycanın “E-Point” startapı (layihənin adı: Fintech, ödəniş sisteminin inteqrasiyası texnologiyası), 3-cü yer üzrə Türkiyənin “Co-Print” startapı (layihənin adı: 3D texnologiyası) olub.

SON XƏBƏRLƏR

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

BÜTÜN XƏBƏRLƏR