Azərbaycanda 30-dan çox Estoniya şirkəti fəaliyyət göstərir

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Estoniya parlamentinin sədri Yuri Ratasla görüşüb.

Gazette.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir müavini qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolunu vurğulayıb, əlaqələrin genişlənməsi üçün müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində aparılan işləri diqqətə çatdırıb. O, vurğulanıb ki, Estoniya ilə iqtisadi-ticarət əlaqələrinin inkişafına önəm verilir. Azərbaycanda iqtisadi sferanın müxtəlif sahələri üzrə 30-dan çox Estoniya şirkəti fəaliyyət göstərir.

Sahib Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Estoniyanın iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Y.Ratas ölkəsinin Azərbaycanla tərəfdaşlığın genişlənməsində, Estoniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu diqqətə çatdırıb, əməkdaşlığın inkişafı istiqamətləri və birgə təşəbbüslərin reallaşdırılması imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

Bundan sonra, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə kənd təsərrüfatı, dəmir yolları, logistika, rəqəmsal həllər, qablaşdırma və s. sahələrdə fəaliyyət göstərən estoniyalı iş adamları və Azərbaycan şirkətlərinin nümayəndələri arasında görüş keçirilib, əməkdaşlığın genişləndirilməsi və yeni işgüzar əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.

SON XƏBƏRLƏR

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

BÜTÜN XƏBƏRLƏR