Samir Şərifov: "Əlverişli makroiqtisadi mühit iqtisadiyyatın gözləniləndən tez bərpasına şərait yaradıb"

Dünya bazarlarında neftin qiymətinin artması fonunda yaranmış əlverişli xarici və daxili makroiqtisadi mühit iqtisadiyyatın gözləniləndən daha da tez bərpa olunmasına şərait yaradıb.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ilkin olaraq nəzərdə tutulurdu ki, bu bərpa 2022-ci ilin birinci rübünə təsadüf edəcək: "Amma 2021-ci ildə biz artıq pandemiya zamanı iqtisadiyyatımızı bərpa etməyə nail olmuşuq. 2020-ci ildə iqtisadiyyatın bütün sahələrində sürətlə getmiş bərpa proseslərinə müvafiq olaraq neft sektoru 1,8 % artım, qeyri-neft sektoru üzrə 7,2 % artım qeydə alınıb”.

Nazir bildirib ki, 2021-ci ildə ÜDM-in nominal həcmi 70,8 milyard manat planlaşdırılmışdısa, faktiki 92,9 milyard manat təşkil edib: “Bununla yanaşı da ÜDM-in real artımı 3,4 % səviyyədə nəzərdə tutulsa da, faktiki artım 5,6 % təşkil edib. Qeyd edək ki, neftin qiyməti də büdcədə nəzərdə tutulandan faktiki olaraq 70 % çox olub ki, bu da həm dövlət büdcəsinin göstəricilərinin xeyli dərəcədə yaxşılaşdırılmasına, həm də icmal büdcənin kəsirsiz icra olunmasına, eyni zamanda Dövlət Neft Fondunun aktivlərinin artmasına münbit şərait yaradır”.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR