BAKU Azərbaycan
15.03 °C

"Mançester Siti" yaxın günlərdə Holannın transferini açıqlayacaq

İngiltərənin "Mançester Siti" klubu yaxın günlərdə Norveç millisinin və Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Erlinq Holannın transferini açıqlayacaq.

Bu barədə italiyalı jurnalist Nikola Skira özünün sosial şəbəkə hesablarında paylaşım edib.

O, tərəflərin bütün detallarda razılığa gəldiyini yazıb. Rəsmi açıqlamanın bu həftə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Erlinq Holann 2020-ci ilin əvvəlindən Dortmund təmsilçisində çıxış edir. 22 yaşlı hücumçunun transfer dəyəri 150 milyon avrodur. Gənc forvard "Borussiya"da 88 oyuna 85 qol vurub.