
Reklam
06 May 2022, 21:40
465
Ukraynadan daha 9 soydaşımız vətənə təxliyə olunub
Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycana təxliyə olunublar.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.
Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





