Bakıda polis sevgilisini ondan ayrılmaq istədiyi üçün öldürüb

Aprelin 22-də Nərimanov rayonunda polis mayorunun əvvəlcə sevgi münasibətində olduğu qadını, daha sonra özünü güllələyərək öldürməsi ilə bağlı bəzi detallar məlum olub.

Gazetta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin məlumata görə, Xəzər Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru T. Aslanov Günay Cabbarovanı ondan ayrılmaq istəməsinə görə öldürüb.

Aparılmış ilkin araşdırmalar zamanı məlum olub ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin əməkdaşı olan və həkim-uroloq kimi çalışan G.Cabbarova ilə Tural Aslanov arasında bir neçə il əvvəl münasibət yaranıb. Daha sonra cütlük arasında problemlər başlayıb. Buna səbəb isə Günayın Turaldan ayrılmaq istəməsi olub. Tural Aslanov bununla razılaşmayıb və onların arasında mübahisə böyüyüb.

Araşdırmalarla müəyyən edilib ki, hadisədən əvvəl T.Aslanov Xəzər Rayon Polis İdarəsində növbətçi qrupda olub və aprelin 21-dən 22-nə keçən gecə Günayla əlaqə saxlayıb. Səhər saatlarında isə polis zabiti silahını götürərək idarəni özbaşına tərk edib və birbaşa Mərdəkan qəsəbəsindən Nərimanov rayonu Qarabağ küçəsinə - Günay Cabbarovanın yaşadığı mənzilə gedib. O, burada Günaya 3, daha sonra isə özünə 1 dəfə atəş açıb və hər ikisi hadisə yerində vəfat ediblər.

Qeyd edək ki, bu kimi hadisələrdə cinayəti törədən və cinayət törədilməsinə zəmin yaradan şəxslər həyatda olmadığına görə, sonrakı mərhələdə faktla bağlı açılmış cinayət işləri üzrə cinayət təqibi dayandırılır və işə xitam verilir.

Xatırladaq ki, qətlə yetirilən G.Cabbarova 2 uşaq anası olub.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR