Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı təxminən 3 dəfə artıb

Ötən ilin birinci rübü ilə müqayisədə Azərbaycana gələn Rusiya vətəndaşlarının sayında kəskin artım qeydə alınıb. 2021-ci ilin birinci rübündə Azərbaycana 20 min nəfər gedib. Cari ilin analoji dövründə bu rəqəm 56 min nəfər təşkil edib.

Gazette az xəbər verir ki, bu barədə Rusiyanın Sərhəd Xidmətinin saytı məlumat yayıb.

Xidmət 2022-ci ilin yanvar-mart aylarında ölkəni tərk edən vətəndaşların sayının kəskin artdığını etiraf edib. Rəsmi statistika portalında (EMISS) dərc olunan məlumatda deyilir ki, ölkə vətəndaşlarının Gürcüstana axını təxminən beş dəfə artıb.

Özbəkistana (əvvəlki bir ildə 15 minə qarşı cari il 53 min nəfər), Tacikistana (müvafiq olaraq 40 və 8 min nəfər) gedənlərin sayında da əhəmiyyətli artım müşahidə olunub.

Bundan əlavə, Rusiya vətəndaşlarının İslam ölkələrinə də axını xeyli artıb: Bəhreynə (demək olar ki, üç min nəfər, keçən il isə cəmi üç nəfər gedib), Misirə (351 min nəfər, keçən il - 16 min nəfər), Səudiyyə Ərəbistanına (beş min nəfər, keçən il 45 nəfər), BƏƏ-yə (263 min nəfər, keçən il 115 min nəfər), Livana (keçən il 110 nəfərə qarşı bu il 810 nəfər).

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR