
Reklam
26 Aprel 2022, 15:53
548
Pentaqon rəhbəri: “Ukraynadakı müharibə yeni mərhələyə qədəm qoyub”
“Ukraynadakı müharibə yeni mərhələyə qədəm qoyub”.
Gazette az “Ukrinform”a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin NATO-nun Almaniyanın Ramşteyn aviabazasında keçirilən iclasında deyib.
“Tərəflər Ukraynanı müdafiə etməlidirlər. Biz Ukraynanın qalib gələcəyinə inanırıq”, - Pentaqon rəhbəri vurğulayıb.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Millinin sözlərinə görə, toplantının əsas məqsədi Kiyevə hərbi yardımın koordinasiyasıdır.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





