
Reklam
20 Aprel 2022, 15:05
589
MN sözçüsü: "Ukrayna uğrunda həlledici döyüş gedir"
“İndi deyə bilərik ki, artıq həlledici döyüş başlayıb”.
Gazette az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Aleksandr Motuzyanik “RBK-Ukraina”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynanın müdafiəçiləri ilə rusiyalı silahlılar arasında bir neçə gündür Donbas uğrunda döyüşlər kəskinləşib: “İşğalçılar Luqansk və Donetskə hücumda fəallaşıblar”.
Sözçü deyib ki, Ukraynanın bu ərazilərindəki şəhər və kəndlər böyüklü, kiçikli qaladır: “Onlar düşmənin işğalçı planının baş tutmamasına imkan vermirlər. Bu səbəbdən heç bir şişirtmə etmədən Donbasdakı döyüşlər Ukrayna uğrunda həlledici döyüşdür”.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





