BAKU Azərbaycan
13.03 °C

Tanınmış UFC döyüşçüsünü Bakıya iş adamının oğlu dəvət edib

Tanınmış UFC döyüşçüsü Rafael Fiziyevi Bakıya Azərbaycan Respublikası Kamandan Oxatma Federasiyasının (ARKOF) prezidenti Şahin Mövsümovun oğlu Aslan Mövsümov dəvət edib.

Bu barədə Ş.Mövsümovun özü açıqlama verib.

O bildirib ki, "Renzo Qreysi” Akademiyasına rəhbərlik edən A.Mövsümov MMA idman növünü sevir.

Fiziyevin Azərbaycana gəlişində Gənclər və idman Nazirliyinin də rolunun olduğunu vurğulayan ARKOF prezidenti "Dünən Rafaellə tanış oldum. Tək idmançı yox, insan kimi də çox yaxşıdır. Əsl azərbaycanlıdır", - deyə əlavə edib.