Milli Məclis xüsusi təyinatlı qüvvələrin təliminə dair sənədi ratifikasiya edib

Milli Məclis xüsusi təyinatlı qüvvələrin təliminə dair sənədi ratifikasiya edib.

Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənəd barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu məlumat verib. O bildirib ki, Azərbaycan NATO-nun Şərq Tərəfdaşlığı proqramında fəal iştirak edir. İndiyədək bu üç ölkə arasında dəfələrlə bu çərçivədə təlimlər keçirilib. Bu Anlaşma Memorandumu da həmin əməkdaşlığa əsasən müzakirəyə çıxarılıb.

Layihədə qeyd edilib ki, göndərən ölkə (GÖ) “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimində iştirak edəcək şəxsi heyətinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi peyvəndlərin ev sahibi ölkəyə (ESÖ) girişdən əvvəl vurulmasını təmin edəcək. Bu məqsədlə ÜST-ün müəyyən etdiyi vurulan peyvəndlərin qeyd olunduğu standart peyvənd kitabçaları şəxsi heyətin üzərində olur.

Anlaşma Memorandumu çərçivəsində hər hansı fəaliyyətin həyata keçirilməsinə qadir olması üçün GÖ-nün şəxsi heyəti sağlamlıq baxımından yararlı olmalıdır. ESÖ tərəfindən sağlamlıq baxımından yararlılığı bildirən tibbi arayış tələb olunur.

Sənəddə o da vurğulanıb ki, ev sahibi ölkə (ESÖ) yaralanma və ya ölüm halında göndərən ölkəni (GÖ) məlumatlandırır. Ölüm halında ESÖ GÖ-nün qaydalarına riayət olunmasını təmin etmək üçün meyitlə bağlı prosedurların aparılmasından və ya yarılmadan əvvəl GÖ ilə koordinasiya edir. GÖ-nün təmsilçisi (mümkünsə həkim) yarılma zamanı iştiraketmə və yekun yarılma raportunun bir nüsxəsini əldəetmə səlahiyyətinə malikdir.

Bundan əlavə, cənazə yarılmanın başa çatmasından sonra daşınması üçün dərhal GÖ-yə təhvil verilir. Bu halda ESÖ münasib daşıma vasitələrini təmin edir. Xəstənin və ölüm halında cənazənin GÖ-yə göndərilməsi ilə bağlı bütün xərclərə görə GÖ cavabdehdir.

Qəzalar/insidentlər baş verdiyi halda, meyitin geri göndərilməsindən irəli gələn bütün xərclər GÖ-nün cavabdehliyində olacaq.

Bu sənəd 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR